...

Bakıda polşalı Pavel Pototskinin xatirə abidəsinin açılış mərasimi keçirilib

Energetika Materials 9 Noyabr 2005 17:00 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, noyabrın 9-da Azərbaycan Dövlət Neft şirkətinin "Bibiheybətneft" Neft-Qazçıxarma İdarəsi ərazisində XX əsrin əvvəlində yataqda işləmiş polşalı mühəndis Pavel Pototskinin xatirə abidəsinin təntənəli açılış mərasimi olub.

Mərasimdə çıxış edən AR DNŞ-in prezidenti Natiq Əliyev Azərbaycanın neft tarixinin inkişafında onun əməyini yüksək qiymətləndirib və qeyd edib ki, bu abidənin açılışı Azərbaycan və Polşa arasında mövcud dostluğun nəticəsidir.

1879-cu ildə anadan olmuş P.Pototski 1899-cu ildə Bakıya gəlib.

Mərasimdə, həmçinin, AR DNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə, Polşanın Azərbaycandakı səfiri, Gürcüstan, Çin, İran və digər ölkələrin diplomatik missiyalarının nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti