...

Natiq Əliyev: Türkiyədə Bakı-Tbilisi-Ceyhan kəmərinin iki nasos stansiyasının tikintisi müvəqqəti dayandırılıb

Energetika Materials 9 Noyabr 2005 18:00 (UTC +04:00)

Türkiyə ərazsinidə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin 2-ci və 4-cü nasos stansiyalarının tikintisi müvəqqəti dayandırılıb. Trend in məlumatına görə, bu barədə noyabrın 9-da Dövlət Neft Şirkətinin prezidenti və BTC Co-nun baş direktoru Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, BTC boru kəmərinin birinci və üçüncü stansiyaları neftin Ceyhan terminalına vurulmasına imkan verir. "Biz vaxt qazanmağa cəhd edirik. Son zamanlar layihə üzrə işlər sürətlənib. Biz ilin sonuna kimi neftin Ceyhana çatdırılmasına çalışırıq. Türkiyə ərazisində birinci nasoso stansiyası istismara verilib və o nefti qəbul etməyə tam hazırdır", - deyə N.Əliyev bildirib.

ARDNŞ-in prezidenti layihədə bir sıra çətinliklərin olduğunu etiraf edib. "Bu gün müstəqil ekspertlər ilk neft tankerinin doldurulmasının 2006-cı ilin fevralına qədər uzana biləcəyini təsdiqləyirlər. Bu təbiidir. Çünki kəmərin Azərbaycan və Gürcüstan hissəsinin doldurulması mayın 25-də başlanılıb və artıq 5-6 aydır ki həyata keçirilir. Biz nekft kəmərini qısa müddətə doldura bilərik, lakin yoxlama və idarəetmə işləri çoxlu vaxt aparır. Bu yoxlama işlərinin həyata keçirilməsi zəruridir. Əks halda biz bir çox problemlərlə üzləşə bilərik ki, bunlar bizim daha çox vaxt itirməyimizə səbəb ola bilər ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti