...

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının kreditindən imtina edə bilər

Energetika Materials 9 Noyabr 2005 18:08 (UTC +04:00)

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Mingəçevirdəki DRES-in yenidənqurulması üçün ayrılan kreditdən imtina edə bilər. Trend in məlumatına görə, bu barədə Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

"AYİB qarşımızda elektrik enerjisi üzrə tariflərin bir neçə dəfə artırılması barədə şərtlər qoyur. Biz buna gedə bilmərik. Əvvəla, tariflərlə hökumət məşğul olur və bu AYİB-lə Azərenerji arasındakı müqavilədə əksini tapa bilməz. Biz razılaşma layihəsindən bu şərtlərin çıxarılmasından sonra kreditin verilməsinə baxa bilərik ", - deyə o qeyd edib.

E.Pirverdiyev bildirib ki, əgər AYİB Azərbaycan tərəfinin şərtini qəbul edərsə, onda danışıqlar davam etdiriləcək. "Əks halda biz kreditdən imtina edəcəyik. Bu gün Azərbaycanın reytinq bazarında reytinqi elədir ki, bizim üçün kredit tapmaq çətindir ", - deyə o sonda bildirib.

AYİB Azərbaycanın DRES-in rekonstruksiyası üçün $115 miln kredit ayırmağa hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti