...

ARDNŞ öz yataqlarında neft-qaz hasilatının artırılması proqramı üçün $100 milyon tələb edir

Energetika Materials 10 Noyabr 2005 14:52 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti işlədiyi yataqlarda neft-qaz hasilatının artırılması üzrə 5 illik proqramının reallaşdırılması üçün ilkin hesablamalara görə $100 milyon vəsait tələb olunur. Trend in məlumatına görə bu barədə ARDNŞ-in prezidenti Natiq Əliyev noyabrın 10 -da bəyan edib.

Onun sözlərinə görə, proqram ARDNŞ-in öz vəsaitlərinin hesabına həyata keçirilir. "Biz bu gün malik olduğumuz vəsaitlərin hesabına fəaliyyət göstəririk. Əvvəllər biz vəsaitin qıtlığı üzündən belə işlər həyata keçirmirdik. Hesab edirəm ki, proqramın həyata keçirilməsi üçün bu gün daha artıq vəsait tələb olunur ", - deyə o qeyd edib.

N.Əliyev bildirib ki, proqram çərçivəsində 23 quyunun qazılması nəzərdə tutulub. "Yeni quyuların qazılması üçün dayaz sulu "Günəşli" yatağındakı 11 saylı GYSP genişləndirilir. Bundan əlavə, aşağı təzyiqli qazın tolplanması üçün qaz xətti çəkiləcək ", - deyə ARDNŞ-in prezidenti bildirib.

N.Əliyev bildirib ki, bu proqramın reallaşdırılması neft hasilatının ildə 2 miln ton, qaz hasilatının isə 2,5 milrd kubmetrə qədər artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti