...

Gürcüstan qazın əlavə həcminin alınmasına dair Azərbaycan ilə danışıqları davam etdirir

Energetika Materials 10 Noyabr 2005 14:58 (UTC +04:00)

Gürcüstan BP-nin operatoru olduğu "Şah-dəniz" yatağından təbii qazın əlavə həcminin alınmasına dair Azərbaycan ilə danışıqları davam etdirir. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze Trend bildirib ki, "Şah-dəniz" layihəsinin tərəfdaşlarından birində Gürcüstana satıla biləcək artıq həcmdə qaz olduğu təqdirdə danışıqlar uğurlu olacaq.

"Bizim üçün qazın hər bir həcmi əhəmiyyət kəsb edir. Ola bilsin ki, biz Azərbaycandan ildə 0,5 mlrd. m3 əlavə qaz alaq, daha çox istisna edilmir" -deyə o bildirib.

Bundan öncə ARDNŞ prezidenti Natiq Əliyev Trend ə bəyan etmişdi ki, Gürcüstan tərəfi cari ildə 200 mln.m3, gələn il isə 700 mln. m3 Azərbaycan qazının alınmasında maraqlıdır. Amma bunun üçün nəqliyyat imkanları olmalıdır. "Şah-dəniz" layihəsinin "Mərhələ-1" çərçivəsində satılacaq qazın bütün həcmi artıq bölüşdürülüb. Gürcüstan yalnız "Mərhələ-2" çərçivəsində böyük həcmdə qaz ala bilər.

Qeyd edək ki, Gürcüstana böyük həcmdə qazın ixracı çərçivəsində texniki problemlər mövcuddur. Məsələn, ildə 3 mlrd. m3. qazın tədarükü üçün Gürcüstan dəyəri $60 mln. təşkil edən qaz kəməri çəkməlidir. Hazırkı şəraitdə bu ölkə ildə yalnız 500 mln. m3 qaz ala bilər.

Xəbər lenti

Xəbər lenti