...

2005-ci ildə Azərenerji-nin müəssisələrində minə yaxın yeni iş yeri açılıb

Energetika Materials 10 Noyabr 2005 19:44 (UTC +04:00)

2005-ci ildə həyata keçirilən yeni layihələrlə əlaqədar Azərenerji Səhmdar Cəmiyyətinin müəssisələrində minə yaxın yeni iş açılıb. Trend in məlumatına görə, bu barədə Azərenerji SC-nin yaydığı press-redizdə bildirilir.

Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, yaxın 2 il ərzində sistemin inkişafı və genişləndlirilməsi ilə əlaqədar 1500 əlavə iş yeri açılıb. Həmçinin, Astara modul stansiyasının, Sumqayıt buxar-qaz qurğusunun tikintisi aparılır və "Şimal" DRES-də 2-ci buxar-qaz qurğusunun (BQQ) tikintisi nəzərdə tutulub.

SC-in rəhbəri həmçinin, qeyd edib ki, Naxçıvanın qazla təchlizatını yaxşılaşdırmaq məqsədilə "Babək" istilik stansiyasında turbinlərin dizel yanacağından qazla işləməsinə keçidlə bağlı çox intensiv modernləşdirmə işləri həyata keçirilir. Stansiyanın modernləşdirilməsi ilə yanaşı Babək yarımstansiyasında yenidənqurma üzrə əsaslı təmir işləri aparılır. Bu qış mövsümündə stansiyanın işə salınmasından sonra muxtar respublikaya əlavə 50 meqavatt elektrik enerjisi veriləcək.

Xəbər lenti

Xəbər lenti