...

Azərbaycan Dövlət Neft Şirkəti oktyabrda Petrofarm şirkəti üçün gəmi ilə 3 partiya avtomobil benzini yükləyib

Energetika Materials 11 Noyabr 2005 13:05 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti oktyabrda Sinqapurun Petrofarm şirkəti üçün gəmi ilə 3 partiya 92 oktan ədədli avtomobil benzini yükləyib. Bu barədə Trend ə AR DNŞ-dən bildirilib. Bir partiyanın ölçüsü 4,5 min tondur.

Neft məhsulu FOB tədarük bazisi ilə Azərneftyağ NEZ-in (AR DNŞ-in tərkibinə daxildir) balansında olan N 20 körpüsündən yüklənib və Petrofarm tərəfindən XDG-yə məxsus tankerlərlə İranın Neka limanına çatdırılıb.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, noyabrda benzinin yüklənilməsi nəzərdə tutulmayıb. "Həm daxili bazarda, həm də Gürcüstanda daim artan tələbatla əlaqədar Petrofarm üçün heç də həmişə benzin yükləmək mümkün deyil", - deyə AR NŞ-də bildiriblər.

92 oktan ədədli avtromobil benzini "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq - AR DNŞ-in tərkibinə daxildir) istehsal edilir.

Xəbər lenti

Xəbər lenti