...

Azneftkimyamaş 71 mlrd. manat həcmində məhsul gerçəkləşdirib

Energetika Materials 16 Noyabr 2005 20:01 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr ayları ərzində Azneftkimyamaş ASC 71 mlrd. manat həcmində məhsul gerçəkləşdirib. ASC-də Trend ə bildirilib ki, bu dövr ərzində məhsul ixracı təxminən 49% təşkil edib.Məhsulun qalan hissəsi daxili bazarda əsasən ARDNŞ üçün gerçəkləşdirilib.

Azneftkimyamaş ASC respublika prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamaş DŞ-nin bazasında yaradılıb.

ASC-də qeyd olunub ki, bu dövrə ərzində Səttarxan adına maşınqayırma zavodunun ixrac həcmi 9,6 mlrd. manat, Suraxanı maşınqayırma zavodu 10 mlrd. manat, Bakı fəhləsi 8,3 mlrd. manat, Sabunçu QHT 9,1 mlrd. manat, Bakı maşınqayırma zavodunun ixrac həcmi 6,9 mlrd. manat təşkil edib.

Oktyabr ayı ərzində Rusiyaya 250 mln. manat, Qazaxıstana 90 mln. manat məbləğində mal ixrac edilib.

Azərbaycan Milli bankının 16.11.05 tarixə olan məlumatına görə dolların manata olan rəsmi məzənnəsi 4596 AZM. təşkil edib.

Xəbər lenti

Xəbər lenti