...

Barmek Azerbaycan payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakıda yarımstansiyalarda və EÖX-də təmir işləri aparıb

Energetika Materials 16 Noyabr 2005 20:12 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıtın enerjipaylayıcı şəbəkəsinin operatoru) payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakıda 18,5 km uzunluğunda 6-10 kV-luq, 1 kV -16,7 km. elektrikötürücü xətlərinin (EÖX) əvəz edilməsini, 70 6-10 kV-luq 172 1kV-luq dirəklərin quraşdırılmasını həyata keçirib.Bu barədə Trend ə şirkətdə bildirilib.

Bundan başqa, tranformator məntəqələrində 6-10 kV-luq 25 transformator dəyişdirilib. "Tranformatorların əvəz edilməsi mümkün olmayan yerlərdə 10 komplekt-transformator məntəqələri təşkil edilib və 53 paylaşdırığı lövhə təmir edilib. Bu obyektlərin yoxlaması və testləşdirilməsi aparılıb" -deyə Barmek Azerbaycan şirkətində qeyd olunub.

Şirkət analoji işləri 20-35-110 kV-luq şəbəkələrdə də həyata keçirib. 35/6 kV-luq 96 saylı yarımstansiyada 20 mVA gücündə yeni transformator quraşdırılıb və EÖX dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti