...

Barmek borcu olanlara qarşı tədbirlər həyata keçirməyə başlayıb

Energetika Materials 21 Noyabr 2005 15:32 (UTC +04:00)

Barmek Azerbaijan noyabrın 21-dən borcu olan abunəçilərə qarşı ciddi tədbirlər həyata keçirməyə başlayıb. Bu barədə Trend ə şirkətdə bildirilib. "Şirkət qarşısında borcu olan abunəçilərin sayı 40 min nəfəri ötür.Bu abunəçilərin borclarının həcmi 300 mlrd. manatdan çox təşkil edir. Bu abunəçilərin arasında artıq 4 ildir ki, borclarını ödəməyən istehlakçılar da vardır"-deyə Barmek Azerbaijan şirkətinin nümayəndəsi bildirib.

Artıq Bakının Əzizbəyov, Sabunçu, Suraxanı, Nərimanov rayonlarında yaşayan borclulara elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda əsasən bu tədbirlər əhali təbəqəsinə daxil olan abunəçilərə qarşı həyata keçirilir. "Borclulara hər-hansı güzəştlər tətbiq edilməyəcək. Biz borcu olan digər qruplara qarşı da tədbirləri davam etdirmək niyyətindəyik" -deyə şirkətdə qeyd olunub.

Barmek Azerbaijan şirkətində bildirilib ki, aparılan tədbirlər nəticəsində artıq 1 mlrd. manat ödəmə təmin edilib.

Xəbər lenti

Xəbər lenti