...

Azərenerji SC-nin nümayəndə heyəti Finlandiyada olub

Energetika Materials 21 Noyabr 2005 17:15 (UTC +04:00)

Iitse-prezident Marlen Əsgərovun başçılığı ilə Azərenerji SC-nin nümayəndə heyəti Azərbaycanda modul elektrik stansiyalarının tikilməsi layihəsi çərçivəsində Finlandiyada olub və orada Warstila istehsalçı zavodunun şərtləri ilə Azərbaycana daxil olacaq avadanlığın testləşdirilməsini aparıb. Trend bildirir ki, bu barədə Azərenerji SC-nin yaydığı məlumatda deyilir.

Warstila layihə üzrə SC-nin podratçısıdır. Hazırda subpodratçı AZENCO Astara, Şəki və Xaçmazda modul elektrik stansiyalarının tikintisini aparır. 10 moduldan ibarət (hər biri 8,7 MIt olmaqla) Astara modul tipli elektrik stansiyası Azərenerji SC-nin 2005-2006-cı illərdə istismara verməyi plandlaşdırdığı 52 stansiyadan birincisidir. Onun ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu stansiyaların ümumi gücü 450-460 MIt təşkil edəcək. 2006-cı ildə Bakı 12 stansiya, Naxçıvan şəhərində, Şəki və Xaçmaz rayonlarının ərazilərində 10 stansiya olmaqla tikiləcək.

Elektrik enerjisi istehsalı idarəsinin baş mühəndisi nümayəndə heyətinin tərkibinə qatılan Fazil Süleymanovun sözlərinə görə, SC mütəxəssisləri Finlandiya məhsuluna yüksək qiymət verib. Finlandiyaya səfərin əsas məqsədi hazırda Astarada qoyulan konkret modul qurğularının hərtərəfli təhlilidir. Zavodda avadanlığın ölçülərinin tesləşdirilməsi aparılıb, bunların müxtəlif rejimdə özünü göstərməsi ilə bağlı keyfiyyətləri müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti