...

"Qazprom" ASC Azərbaycan tərəfə 2006-cı ildə ölkəyə qaz tədarükü ilə bağlı məsələni müzakirə etmək təklifli məktub göndərib

Energetika Materials 22 Noyabr 2005 17:00 (UTC +04:00)

Törəmə strukturu ("Qazeksport" MMC) Azərbaycana qaz tədarükü ilə məşğul olan "Qazprom" ASC noyabrda Azərbaycan tərəfə 2006-cı ildə ölkəyə yanacağın tədarkü ilə bağlı məsələnin birgə müzakirəsi təklifinin əks olunduğu məktub göndərib. Bu barədə Trend ə "Qazeksport"un Bakı nümayəndəliyindən xəbər verilib.

Görüşdə 2006-cı ildə tədarük olunacaq qazın həcmi və qiyməti ilə bağlı məsələlərin müzakirə olunacağı planlaşdırılır. "Hazırda görüşün keçirilmə tarixi və yeri müəyyən edilməyib", - deyə strukturda bildirilib.

2004-cü ilin dekabrında AR DNŞ və "Qazprom" ASC arasında 2005-ci ildə 1 000m3 ($60), 2006-cı ildə isə 11 000m3 ($61) qazın tədarükü haqqında müqavilə imzalanıb.

"Qazeksport" 2005-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 2004-cü ilin 9 ayı ərzində 3,93 mlrd. m3 qaza qarşı 3,78 mlrd. m3 qaz tədarük edib. Cari ildə AR DNŞ 4,5 mlrd m3 qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazı Məhəmməd boru kəməri ilə verilir.

AR DNŞ-in prezidenti Natiq Əliyevin sözlərinə görə, Rusiya digər MDB ölkələrinə 1 000 m3 qazı 140-160 dollara satır. "Əgər bizə də belə qiymət təklif olunsa, biz Rusiyadan qaz almayacağıq. Belə qiymətə qaz almağa bizim imkanımız yoxdur", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti