...

ARDNŞ dekabrda Novorossiyskdən neft partiyasının satışı üçün tender elan edib

Energetika Materials 22 Noyabr 2005 17:32 (UTC +04:00)

ARDNŞ dekabrda Novorossiysk limanından FOB şərtilə 170 min ton Urals neftinin satışı üçün tender elan edib. ARDNŞ-də Trend ə bildirilib ki, tender noyabrın 30-da bağlı elan ediləcək.

"Neftin hər biri 85 min ton olmaqla iki tanker partiyası ilə noyabrın 24-25 və 30-31-də yüklənməsi gözlənilir. Bu partiyalardan biri "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən mənfəət nefti, digəri isə ARDNŞ-nin müntəzəm partiyasıdır" -deyə ARDNŞ-də bildirilib.

85 min ton həcmdə neftin mənfəət partiyasının satışından alınan vəsaitlər ARDNF-ə köçürüləcək.

İlin əvvəlindən tenderlərdə ARDNŞ-in neftini Novorossiyskdən aşağıdakı şirkətlər alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);

fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);

mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);

aprel - Glencore (160 min ton);

may - RD Shell (80 tıs. tonn); LUKOIL (85 min ton);

iyun - Mercuria Energy Trading (82 min ton);

İyul - Mercuria Energy Trading (170 min ton);

Avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);

Sentyabr - LUKOIL (79 min ton);

Oktyabr - Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton).

Noyabr - Glencore (85 min ton).

Xəbər lenti

Xəbər lenti