...

"Cənub Marşrutu" Tengizşevroyla BTC-yə çıxış imkanı verəıcək

Energetika Materials 22 Noyabr 2005 20:37 (UTC +04:00)

Amerikanın ChevronTexaco şirkətinin rəhbərlik etdiyi Tengizşevroyl noyabrın 22-də neftin "Cənub Marşrutu" ilə ixracına imkan verəcək kommersiya sazişlərinin imzalandığını elan edib. Trend in xəbər verdiyi kimi, bu barədə Tengizşevroylun noyabrın 22-də yayılmış press-relizində bildirilir.

Sənəddə qeyd olunur ki, "Cənub Marşrutu"na dair sazişlər TŞO neftinin ixracı layihəsinin bir hissəsidir. Layihəyə, həmçinin, "Tengizdə" neft boşaltma estakadalarının genişdəndirilməsi də daxildir. Əlavə neft hasilatı məqsədilə ixrac imkanlarının təmin olunmasına yönəldilmiş layihə artıq həyata keçirilməkdədir.

TŞO 2007-ci ildə yataqda təbii qazın təmizlənməsi üzrə dəyəri $2,5 mlrd olan zavodun inşasından sonra illik neft hasilatını 14 mln tondan 26,5 mln tona çatdırmaq niyyətindədir.

"Cənub Marşrutu" nefti beynəlxalq bazarlara tədarük etmək üçün onun Qazaxıstanın "Tengiz" yatağından Aktau ilə Bakıya və daha sonra Batumiyə ixrac etməyə, həmçinin, BTC boru kəmərinə çıxış imkanı verəcək.

Layihə həyata keçirildikdən sonra Qazaxıstan neftinin dünya bazarlarına nəqli imkanlarını xeyli artıra biləcək. Milli dəmiryol sistemi yenidən qurulacaq, neftin daşınması üçün milli vaqon parkı inkişaf etdiriləcək, Xəzər dənizi ilə daşınmada təhlükəsizlik texnikası

Xəbər lenti

Xəbər lenti