...

McDermott Caspian Contractors noyabrın 23-dən işləri Azərbaycan Beynəlxalq Əməliyyat şirkətilə bağlanmış müqaviləyə əsasən adi rejimdə davam etdirib

Energetika Materials 23 Noyabr 2005 11:28 (UTC +04:00)

Amerikanın McDermott Caspian Contractors şirkəti işçilərin tətilindən sonra noyabrın 23-dən podrat işlərini Azərbaycan Beynəlxalq Əməliyyat şirkətilə bağladığı müqaviləyə əsasən adi rejimdə davam etdirib. Şirkətin rəsmi nümayəndəsinin Trend ə bildirdiyi kimi, noyabrın 23-də işçilər işə çıxıb və öz vəzifələrini yerinə yetirirlər.

Nümayəndənin sözlərinə görə, noyabrın 22-də şirkətin rəhbəliyilə görüş keçirilib və tətilçilər öz tələblərini, xüsusilə əmək haqqlarının artırılması ilə bağlı tələbi irəli sürüblər. "Rəhbərlik bir həftə ərzində bu tələblərə baxacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, McDermott Caspian Contractors şirkətində işçilərin əmək haqqı hər ilin yanvarında təkrar nəzərdən keçirilir. Hazırda onların orta əmək haqqı 500-600 dollardır.

Xəbər lenti

Xəbər lenti