...

Dövlət Neft Şirkəti 2006-cı ilin 1-ci rübündə yeni iri dəniz stasionar platformasının istismarına başlayacaq

Energetika Materials 23 Noyabr 2005 14:26 (UTC +04:00)

Azərbaycanın "Neft Daşları" dəniz yatağındakı 18-87 saylı stasionar dəniz platformasının istismara verilməsi 2006-cı ilin 1-ci rübündə nəzərdə tutulub. Bu barədə Trend ə Azərbaycanın Sənaye və Energetika Nazirliyindən məlumat verilib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, bundan əvvəl platformanın 2005-ci ilin sonlarına qədər istismara verilməsi nəzərdə tutulsa da, sonradan iş qrafikində dəyişikliklər edilib.

Hazırda 18-87 saylı platformada planlaşdırılan 36 quyudan 4-ü qazılıb. 4 quyudan sutka ərzində 120 tondan artıq (ildə 43 min tondan artıq) neft hasil etmək planlaşdırılıb. Digər quyular platformanın istismara verilməsindən sonra qazılması nəzərdə tutulub.

Bu platformanın tikintisi "Neft Daşları"nda sutkada 2450 tona qədər (ildə 890 min tondan artıq) artırmağa imkan verəcək. Quyuların özülü 4-5 il ərzində qoyulacaq. Bəzi məlumatlara görə, platformanın tikintisinin dəyəri $30 milyona qədərdir.

"Neft Daşları"nda və "Palçıq Təpəliyi"ndəki yerdə qalan neft ehtiyatlarının 30 miln ton olduğu bildirilir. "Neft Daşları" NQÇİ-nin quyu fondu 460 ədəddən artıqdır. Bunlardan 400-ə yaxını qaz-lift, 4 -ü dərin nasoslu, qalanları isə fontan quyularıdır.

Xəbər lenti

Xəbər lenti