...

Dövlət Neft Şirkəti 2006-cı ildə hidrotexniki tikintilər üzrə əhəmiyyətli planları müəyyən edib

Energetika Materials 23 Noyabr 2005 20:31 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ən əhəmiyyətli planlarından biri genişləndirilmiş "Günəşli" yatağının dayaz sulu hissəçsində quraşdırılmış 11 saylı dərinsulu dəniz stasionar platformasının istismara verilməsidir. ARDNŞ burada öz vəsaitləri hesabına neft hasil edir. Bu barədə Trend ə Azərbaycanın Sənaye və Energetika Nazirliyindən məlumat verilib. Platforma 2006-cı ilin birinci yarısında istismara veriləcək.

Hazırda ARDNŞ bu hidrotexniki tikintinin genişləndirilməsi üçün işlər aparır və 2006-cı ilin əvvəlində 11 saylı platformanın genişləndirilməsi üçün istifadə olunacağı ehtimal olunan özül dənizə göndəriləcək. Hazırda Zığ tikinti meydanında SSRİ dövründən "Çıraq" platformasında quraşdırılan özülün bərpası aparılır.

Tikinti işləri başa çatdıqdan sonra özül barjaya yüklənəcək və dənizdə təyin olunduğu yerə aparılacaq. Özülün quraşdırılmasının bir neçə ay vaxt aparacağı ehtimal edilir. Layihənin smeta dəyəri 60 milrd manat ($13 miln) təşkil edir ki, bu vəsaitdən artıq 40 milrd manatı xərclənib.

Xəbər lenti

Xəbər lenti