...

Dövlət Neft Şirkəti "Qərbi Abşeron"da istismar quyusunun qazılmasını başa çatdırıb

Energetika Materials 24 Noyabr 2005 13:10 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Qərbi Abşeron" rayonunda 170 № -li üçüncü istismar quyusunda qazmanı başa çatdırıb.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, quyunun layihə dərinliyi 800 metr təşkil edir. Hazırda burada layihə dərinliyi 780 metr olan 171 №-li yeni quyunun qazılmasına başlanılıb. İşlər "Xəzər-4" qazma qurğusu vasitəsilə həyata keçirilir.

"Qərbi Abşeron" rayonunda platformanın olmaması burada karbohidrogenlərin hasilatına imkan vermir. Perspektivdə ARDNŞ burada bir neçə platformanın tikintisini planlaşdırsa da, lakin bunun böyük vəsait tələb olunur. ARDNŞ-in variantlarından biri "Xəzər-4" qazma qurğusunun profilinin istismar qurğusuna dəyişdirilməsindən ibarətdir. Burada qazılacaq quyudan sutkada 5-6 ton neft hasil ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti