...

BP Ceyhan terminalının rəsmi açılış planlarını müəyyən edib

Energetika Materials 24 Noyabr 2005 14:20 (UTC +04:00)

Bakı-Tbilisi-Cyehan (BTC) neft kəməri marşrutunun Türkiyə hissəsinin və Ceyhan terminalının rəsmi açılış mərasiminin neftin bu limana qədər gəlib çatmasından və ilk tankerə yüklənməsindən sonra, yəni 2006-cı ilin baharında keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə BTC Co boru kəməri şirkətinin operatoru olan BP şirkətinin rəsmi nümayəndəsi bildirib.

Qeyd edək ki, bu obyektlərdə Azərbaycan, Gürcüstan və Türkiyə rəhbərlərinin iştirakı ilə rəsmi açılış mərasiminin keçirilməsi tarixi neftin Türkiyə terminalına daxil olmasından dərhal sonra baş verməyə bilər. Xatırladaq ki, BTC-nın Azərbaycan hissəsinə ilk neftin vurulması Səngəçal terminalında (Bakının yaxınlığında) 2005-ci il mayın 25-də keçirilsə də, real xammalın həcmi "Azəri-Çıraq-Günəşli" yatağından kəmərə mayın əvvəlində daxil olmuşdu. İşlərin fiziki yerinə yetirilməsi və rəsmi bayrametmə arasında zaman fərqi müxtəlif ölkələrin başçılarının iş qrafikinin razılaşdırılması səbəbindən baş verir.

BP-nin nümayəndəsinin sözlərinə görə, noyabrın 18-də BTC boru kəməri ilə "Azəri-Çıraq-Günəşli"dən Azərbaycan nefti Gürcüstandan keçərək Türkiyədəki (Posof şəhəri) birinci nasos stansiyasına çatıb. Hazırda boru kəmərəinə lazım olan 10 miln barel neftdən 4 miln barel texniki neft vurulub.

"BTC boru kəməri çox mürəkkəb mühəndis konstruksiyadır. Onun yoxlanması və buraxılış-nizamlama işləri çoxlu vaxt tələb edir", - deyə BP-dən bildirilir.

Kəmərin Azərbaycan və Gürcüstan ərazsindəki hissəsini birgə götürdükdə onun Türkiyə hissəsi (1070 km) daha uzundur.

Qeyd edək ki, "Akzəri-Çıraq-Günəşli" yatağını işləyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Rusiyanın "Transneft" şirkətinə 2006-cı ilin birinci rübündə Bakı-Novorossiysk boru kəmərilə neftin nəqli üçün sifariş verib. Yanvar-mart aalarında ABƏŞ "Şimal" marşrutu ilə 1,2 miln ton neft nəql etdiyini bəyan edib.Ehtimal olunur ki, ABƏŞ "şimal" marşrutu ilə hər ay 400 min ton Yurals nefti daşıyacaq. Bu həcmə ARDNŞ-in də nefti daxildir.

Xəbər lenti

Xəbər lenti