...

ARDNŞ neft hasil edən MM-də öz payının bir hissəsini potensiallı sərmayəçilərə güzəştə gedə bilər

Energetika Materials 25 Noyabr 2005 14:20 (UTC +04:00)

Azərbaycanın quru yataqlarında neft-qaz hasilatı ilə məşğul olan qalan iki müştərək müəssisəsinin (MM) PSA tipli müqaviləyə keçirilməsi məsələsi hələ də açıq qalır. Bu barədə Trend ə həmin MM-in iştirakçısı olan ARDNŞ-də bildirilib.

Bu MM-lər Azgerneft ( "Ramanı" quru yatağı) və Anshad Petrol ("Neftçala", "Hillə" və "Babazənən") -dur.

"Təcrübə göstərir ki, PSA müqaviləsi üzrə işlər müştərək müəssisə çərçivəsində neft hasilatından daha səmərəlidir. PSA müqaviləsinin bağlanması istiqamətində işlər artıq çoxdan aparılır" -deyə ARDNŞ-də bildirilib.

Azgerneft MM 2005-ci ilin yanvar-oktyabrında 52,9 min ton neft hasil edib ki, bu da 2004-cü ilin analoji dövrünün göstəricisini bir az üstələyir. Ansgad Petrol MM bu dövrdə 38,2 min ton neft hasil edib.

"ARDNŞ potensiallı sərmayəçilərin olduğu və PSA müqaviləsi imzalandığı təqdirdə bu MM-də öz payının bir hissəsini güzəştə getmək imkanına baxa bilər" -deyə ARDNŞ-də bildirilib.

Xəbər lenti

Xəbər lenti