...

Şəkidə modul elektrik stansiyasının tikintisi 2006-cı ilin aprelində başa çatdırılacaq

Energetika Materials 25 Noyabr 2005 17:53 (UTC +04:00)

Şəkidə modul elektrik stansiyasının (MES) tikintisi 2006-cı ilin aprelində başa çatdırılacaq. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, hazırda MES ərazisində Azərbaycanın AZENCO təmir-tikinti şirkəti hazırlıq işləri aparır. Xüsusilə tikinti-montaj əməliyyatlarının başlanılması üçün zəruri infrastrukturun səfərbər edilməsi üzrə işlər aparılır.

Həmçinin Astara və Xaçmazda da MES tikintisi aparılır. 10 moduldan ibarət (hər biri 8,7 MVt olmaqla) Astara MES Azərenerji SC-nin 2005-2006-cı illərdə istismara verməyi planlaşdırdığı 52 stansiyadan birincisidir. Bu stansiyanın ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu stansiyaların ümumi gücü 450-460 MVt təşkil edəcək. 2006-cı ildə Bakıda 12, Naxçıvan şəhərində, eləcə də Şəki və Xaçmaz rayonlarının ərazisində 10 stansiya olmaqla tikiləcək.

Xəbər lenti

Xəbər lenti