...

Barmek Azərbaijan vəsait yığımının 15-20% artacağını gözləyir

Energetika Materials 25 Noyabr 2005 20:02 (UTC +04:00)

Barmek Azərbaijan tədarük olunan elektrik enerjisinə görə borclu olan abunəçimlərə qarşı gördüyü bir sıra tədbirlər nəticəsində noyabrda vəsait yığımının 15-20 % artacağını gözləyir. Bu barədə Trend ə Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, abunəçilər elektrik enerjisinin haqqını gecikdirməkdə davam edirlər və bizi enerji tədarükünü dayandırmağa məcbur edirlər. Aparılan tədbirlər nəticəsində vəsait yığımında artım müşahidə olunur. Noyabrın yekunlarına görə, bu, 15-20% təşkil edir", - deyə o bildirib.

Barmek Azərbaijan noyabrın 21-dən sayı 40 mindən çox olan borclu abunəçilərə qarşı ciddi tədbirlər həyata keçirməyə başlayıb. Onların borclarının ümumi həcmi 300 mlrd manatdan artıqdır.

Xəbər lenti

Xəbər lenti