...

Barmek Azərbaycan Azərbaycan hökuməti ilə elektrik şəbəkələrinin inkişafına investisiyaların həcmini müzakirə edir

Energetika Materials 26 Noyabr 2005 13:14 (UTC +04:00)

Barmek Azərbaycan (Bakı və Sumqayıtın energe paylayıcı şəbəkəsinin operatoru) Azərbaycan hökuməti ilə 2006-cı ildə elektrik şəbəkələrinin inkişafına investisiyaların həcmini müzakirə edir. Bu barədə Trend ə Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, ölkə hökuməti ilə bağlanan müqaviləyə görə 2006-cı ildə Barmek Azərbaycan enerjipaylayıcı şəbəkələrin inkişafına 70 mild manata yaxın kapital qoymalıdır. "Lakin bunun reallaşdırılması üçün daha artıq vəsait tələb olunur. Bakı sürtələ inkişaf edir ki, bunun da nəticxəsində paralel olaraq enerji sistemi və infrastrukturanın da inkişaf etməsi zəruridir. Buna görə də biz bu məsələni hökumətlə diqqətlə müzakirə etməliyik ", - deyə H.Arabul qeyd edib.

Barmek Azərbaycan-ın prezidenti həmçinin, bildirib ki, Bakı enerji şəbəkəsinin inkişafı proqramı da hazırlanır ki, bu da zəruri işlərin həyata keçirilməsi üçün 10 ilə (əvvəlcə nəzərdə tutlduğu kimi) deyil, 3 ilə yerinə yetirilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti