...

Azərbaycan Dövlət Neft Şirkəti "Ələt-Dəniz" yatağında quyu istismara vermək niyyətindədir

Energetika Materials 28 Noyabr 2005 15:55 (UTC +04:00)

2005-ci ilin sonuna kimi Azərbaycan Dövlət Neft Şirkəti "Ələt-Dəniz" yatağında 87 saylı quyunu istismara vermək niyyətindədir. Bu barədə Trend ə AR DNŞ-dən bildirilib.

Quyunun layihə dərinliyi 3450 metrdir. Hazırda qazma işləri 3300 metr dərinlikdə aparılır. Quyunun debiti sutkada 100 ton proqnozlaşdırılır.

İşlər AR DNŞ-in "Azneft" İB-nin balansında olan "Bulla-Dəniz"kəşfiyyat-qazma işləri idarəsi tərəfindən həyata keçirilir. İdarə tərəfindən, həmçinin, "Bulla-Dəniz" NQÇİ-nin sifarişilə "Bulla-Dəniz" və "8 Mart" yataqlarında yeni quyular qazılır. İşlərin 2006-cı ilin əvvəlində başa çatacığı ehtimal edilir.

"Bulla-Dəniz" NQÇİ 2005-ci ilin 10 ayı ərzində 54608 ton neft və 325517 min m3 qaz hasil edib ki, bu da həmin ilin göstəricisindən 1% və 4,8% çoxdur. 2005-ci il noyabrın 1-i üçün NQÇİ-nin quyular fondu 30 quyudan ibarət olub.

Xəbər lenti

Xəbər lenti