...

McDermott Caspian Contractors-da fəhlələr tətili dayandırıb

Energetika Materials 29 Noyabr 2005 18:35 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bəyan edib ki, bu gün Heydər əliyev adına Bakı dərin özüllər zavodunun ğtikinti meydanında üst tikilinin tikintisi üzrə podratçılar olan ABƏŞ, ARDNŞ və McDermott Caspian Contractors (MCCI) nümayəndələri arasında növbəti görüş keçirilib, Görüşdə məqsəd MCCI fəhlələrinin noyabrın 22-də qaldırdıqları məsələli nəzərdən keçirmək olub.

Trend in məlumatına görə, ABƏŞ-in noyabrın 29-da yaydığı press-relizində bildirilir ki, görüş zamanı MCCI fəhlələrinə "Qərbi Azəri" platformasının üst hissəsinin tikintisinin uğurla başa çatmasından sonra bir aylıq əmək haqqı həcmində mükafat verilməsi, 2005-ci il dekabrından başlayaraq əmək haqları 20%, yanvarın 1-dən 12% artırılacağı təklif olunacaq.

Sənəddə qeyd olunur ki, MCCI fəhlələri tərəfindən qaldırılan digər məsələlərə baxılmaq üçün və MCCI rəhbərliyinə bu məsələlrin həllində yardım etmək üçün işçi qrup yaradılacaq. "Bu qərar fəhlələrin nümayəndələrinə veriləcək və işlərin adi iş qrafiki bu gün axşamdan bərpa olunacaq", -deyə press-relizdə bildirilib.

Neftçilərin hüquqlarının müdafiəsi komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının Trend ə verdiyi məlumata görə, McDermott Caspian Contractors fəhlələrinin tətili saat 16:00-da dayandırılıb. "Həftə ərzində fəhlələrin tibbi sığortası ilə bağlı məsələ də həll olunacaq", -Komitənin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti