...

Azərbaycanın Ekologiya Nazirliyi Gobustan Operating Company-nin təmizlədiyi ərazini qəbul edib

Energetika Materials 29 Noyabr 2005 18:58 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi Azərbaycanın qurudakı "Cənub-Qərbi Qobustan" yatağının işlənməsi ilə məşğul olan Gobustan Operating Company-nin təmizlədiyi ərazini qəbul edib.

Neft-qaz əməliyyatları zamanı çirklənmih ərazi standartlara müvafiq təmizlənib və əvvəlki ekoloji vəziyyəti bərpa olunub. "Hazırda bizim Gobustan Operating Company-yə qarşı heç bir iddiamız yoxdur", - deyə Nazirliyin nümayəndəsi bildirib.

Ekologiya Nazirliyi ilə ƏŞ arasındakı məhkəmə araşdırması 2 ilə yaxın davam edib. Nazirlik neft-qaz əməliyyatları zamanı torpağın üçt qatına vurulmuş ziyana görə iddia qaldırıb. Cərimənin həcmi 719,7 mln manat təşkil edirdi, lakin İqtisad Məhkəməsinin qərarı ilə şirkət vəsaitin ödənməsi əvəzinə ərazini təmizləməli idi.

Xəbər lenti

Xəbər lenti