...

Azəriqaz dekabrın 1-dən İmişli rayonunun yanacaqla təmin edəcək

Energetika Materials 30 Noyabr 2005 14:13 (UTC +04:00)

Dekabrın 1-dən Azəriqaz qapalı səhmdar cəmiyyəti (QSC) Azərbaycanın İmişli rayonuna təbii qazın tədarükünə başlayacaq. Bu barədə Trend ə Azəriqaz QSC-nin qaz təsərrüfatının istismarıf idarəsinin rəisi Tahir Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə bütün işlər başa çatdırılıb və sabahdan rayona qazın verilməsinə başlanılacaq. Azəriqaz QSC İmişli rayonuna qaz tədarükü üçün istifadə olunacaq 33 km-lik İmişli-Saatlı qaz kəmərinin tikintisini başa çatdırıb. Bu kəmərin bir hissəsi Araz çayının altından keçir.

Azəriqaz 2008-ci ilə qədər Azərbaycanın daha 3 rayonunu (Beyləqan, Lerik, Yardımlı) qazlaşdırmaq niyyətindədir. 2006-2007-ci illər payız-qış mövsümündə Beyləqan-Ağcabədi, 2008 -ci ildən Lerik, Yardımlı rayonlarına qazın verilməsinə başlanılacaq. 4 rayonun qazla təmin edilməsi üçün 82,5 mlrd manat investisiya lazımdır.

Bu işlər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqşramı çərçivəsində nəzərdə tutulub. Hazırki anda Bakı ilə yanaşı 49 rayon təbii qazla təmin olunur.

Xəbər lenti

Xəbər lenti