...

Azəriqaz QSC Naxçıvan Muxtar Respublikasının daha iki rayonuna qazın verilməsini planlaşdırır

Energetika Materials 3 Dekabr 2005 15:09 (UTC +04:00)

İndiyə kimi Naxçıvan Muxar Respublikasının Naxçıvan şəhəri, Şahbuz, Kəngərli və Culfa rayonları qazla təchiz olunub. Bu barədə Trend ə Azəriqazda bildirilib. Yaxın günlərdə Babək və Ordubad rayonlarına qazın verilməsi nəzərdə tutulub. Hazırda bu rayonlarda qazın tədarükü üçün hazırlıq işləri görülür, qaz infrastrukturu yoxlanılır.

Noyabrın 3-dən İran NMR-ə qaz tədarükünə başlayıb. Noyabrın 1-dən isə Azərbaycan qazı İranın şimal-şərq regionlarını təchiz edir.

Birinci mərhələdə İran NMR-ə 52 mln m3, 2006-cı ildə 250 mln m3, 2007-ci ildə isə 350 mln m3 qaz tədarük edəcək.

Xəbər lenti

Xəbər lenti