...

2005-ci ildə Dövlət Neft Şirkəti "Heydər Əliyev adına" Neft Emalı Zavodundan neft məhsullarının ixracını 12% artırıb

Energetika Materials 6 Yanvar 2006 13:09 (UTC +04:00)

2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyatlar İdarəsi tərəfindən "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacag) Bakı NEZ-dan 1,005 mln ton müxtəlif neft məhsulları ixrac olunub ki, bu da 2004-cü ildəkindən 107,9 min ton çoxdur. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Dekabrda ARDNŞ-in MİƏİ ixrac etidiyi neft məhsulları 89,185 min ton təşkil edib ki, bu da bundan əvvəlki aydan 5,5 min ton az və 2004-cü ilin dekabrındakından demək olar ki, 34 min ton çoxdur.

ARDNŞ-in məlumatlarına görə, dekabrda dünya bazarlarında neft məhsulları (FOB MED (Italy)) aşağıdakı qiymətə satılıb: avtomobil benzininin bir tonu $506,93 (noyabrdakı dəyərinə görə tonu $24,37), aviasiya kerosini bir tonu$539,864 ($2,02/t), dizel yanacağı bir tonu $508,49 (tonu $12,86), mazut 1 tonu $288,25 (tonu $10,77) .

2005-ci ildə ARDNŞ MİƏİ-nin neft məhsullarının ixracının ümumi cədvəli belədir:


Adı

Yanvar-dekabr 2005-ci il

2004-cü ilin yanvar-dekabrına görə +/-

cü ilin yanvar-dekabrına görə +/-

Dekabr 2005-ci il.

2005-ci ilin noyabrına görə +/-

noyabrına görə +/-

Avtomobil benzini

283,5

-57,2

14,1

-7,9

Dizel yanacağı

yanacağı

457

60,3

47,8

- 6,7

Aviasiya kerosini

149,2

27,4

7,2

-0,3

Butan

12,1

-2,4

-

-

Mazut

103,2

103,2

19,9

9,4

Cəmisi

1,005

107,9

94,7

-5,5

Xəbər lenti

Xəbər lenti