...

2005-ci ildə Dövlət Neft Şirkəti Anshad Petrol birgə müəssisəsindən sərbəst qazın alınsmasını 55% artırıb

Energetika Materials 6 Yanvar 2006 13:32 (UTC +04:00)

Anshad Petrol (BM) 2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 24,1 mln kubmetr sərbəst qaz satıb ki, bu da 2004-cü ildə olduğundan 8,6 mln kubmetr artıqdır. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Anshad Petrol "Neftçala", "Hillə" və "Babazənən" müqavilə sahələrindəki quyularda qaz hasil edir. BM sərbəst qazın ilk satışına 2004-cü ilin aprelindən (2 mln kubmetr həcmində) başlayıb.

ARDNŞ-in məlumatına görə, dekabrda Anshad Petrol 2,6 mln kubmetr qaz satıb. ARDNŞ Anshad Petrol-dan qazı 65 min AZM (1 min kubmetri $13) qiymətinə alır və "Azəriqaz" QSC-nə satır ki, o da öz növbəsində yanacağı "Aztransqaz" İB vasitəsilə paylayır.

Anshad Petrol BM 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında keçmiş "Neftçalaneft" NQÇİ əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-nin operatoru Atilla Dogan Petrol şirkəti olub. Lakin 1997-ci ildən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malaziyziyanın Land and General Berhad Atilla Dogan Petrol -un payından 17,15% alaraq müqavilənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti