...

ARDNŞ Batumidən neft partiyasının satışı üçün tender elan edib

Energetika Materials 6 Yanvar 2006 20:00 (UTC +04:00)

ARDNŞ Gürcüstanın Qara dənizdəki Batumi limanından mənfəət nefti partiyasının satışı üçün tender elan edib. ARDNŞ-də Trend ə bildirilib ki, tender "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən 80 min ton (600 min barel) Azəri Light neftinin satışı üçün elan edilib.

"Biz gözləyirik ki, Batumidən neft fevralın 3-4-də yüklənməyə başlayacaq" -deyə ARDNŞ-də bildirilib. Tenderin bağlanışı yanvarın 12-nə planlaşdırılıb.

Batumi neft terminalı ildə 15 mln. ton neft məhsulu yükləmək iqtidarındadır. Terminalda Aframax dərəcəli gəmilər üçün yan buy da daxil olmaqla dörd körpüdə 30-90 min ton tutumlu tankerlər xidmət göstərir. Hazırda terminalın ehtiyat parkının gücü təqribən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin yüklənməsi üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti