...

Azərbaycandan Rusiyaya satılan elektrik enerjisinin qiymətləri üzrə danışıqlar prosesi yanvar ayı ərzində davam edəcək

Energetika Materials 9 Yanvar 2006 15:01 (UTC +04:00)

Azərbaycandan Rusiyaya satılan elektrik enerjisinin qiymətləri üzrə danışıqlar prosesi yanvar ayı ərzində davam edəcək. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətindən məlumat verilib.

Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, hələ ötən ildən rusiyalı həmkarlarla keçirilən görüşlər nəticəsiz olmayıb. Elektrik enerjisinin inkişafı korporasiyaları ilə Rusiyanın vahid enerji sistemi arasında Rusiyanın elektrik enerjisinin idxalı barədə müqavilə imzalanıb. Sənəd 1 yanvar-30 noyabra qədər dövr ərzində Rusiya tərəfinin israr etdiyi 1 saatlıq 1kVt elektrik enerjisinin 3,636 sentdən aşağı olmayan qiymətə alınmasını nəzərdə tutur. Digər razılaşma ilə Azərbaycanın elektrik enerjisinin "Rusiya VEE" RSC-nə 2006-cı il yanvarın 31-ə qədər bir saatlıq 1 kVt üçün 1,55 sent dərəcəsində satışı barədə razılaşma əldə olunub. Sonrakı dövrdəki tariflər və tədarük olunan enerjinin konkret həcmi hazırki danışıqların mövzusudur. Bir ildə Azərenerji SC RF-dan təxminən 3 mlrd 1kVt/s enerji alır və 1 mlrd 1kVt/s satır.

Xəbər lenti

Xəbər lenti