...

Bir ay ərzində daha iki müəssisədə həmkarlar komitəsi yaradıla bilər

Energetika Materials 12 Yanvar 2006 18:57 (UTC +04:00)

Bir ay ərzində daha iki müəssisədə həmkarlar komitəsi yaradıla bilər. Neft-qaz sənayesi işçilərinin Respublika həmkarlar Komitəsində ( NQSİRHK) Trend ə bildirilib ki, hazırda Azfen və Technip şirkətlərində bu istiqamətdə iş aparılır, xüsusilə əməkdaşlar arasında NQSİRHK-nin funksiyaları və vəzifələri ilə tanışlığa dair tədbirlər həyata keçirilir.

"Artıq yanvarda adıçəkilən şirkətlərdə həmkarlar komitələri yaradıla bilər" -deyə dövlət strukturunda bildirilib.

Bundan başqa, qeyd edək ki, McDermott, Bosshelf və PCH Offshore. kimi şirkətlərdə artıq analoji komitələr yaradılıb.

İndiyədək Shirvan Oil, Salyan Oil, Azgerneft, Anshad Petrol, Lukoil Azerbaijan şirkətlərində həmkarlar komitələri var idi.

Komitədə hesab olunur ki, neft şirkəti işçilərinin NQSİRHK-yə üzvlüyə daxil olma marağının artırılması və belə komitələrin yaradılması McDermott və Bosshelf şirəkti neftçilərinin tətili zamanı baş vermiş hadisələrlə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti