...

ARDNŞ avtomobil yanacağının ixracını müvəqqəti dayandıracaq

Energetika Materials 13 Yanvar 2006 17:36 (UTC +04:00)

ARDNŞ 2006-cı ilin martınadək Heydər Əliyev adına (keçmiş Azərneftyanacaq) Bakı NEZ-də avtomobil yanacağı istehsalının azaldılması ilə bağlı olaraq həmin neft məhsulunun ixracını müvəqqəti dayandıracaq. Bu barədə Trend ə həmin zavodun tərkibinə daxil olduğu AR DNŞ-də bildirilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Heydər Əliyev adına NEZ-də plana müvafiq qaydada avtomobil yanacağı istehsal edilən katalitik krekinq qurğusu təmirə dayandırılıb. "Zavodun tamamilə Azərbaycanın daxili bazarına yönəldiləcək müəyyən dərəcədə yanacaq ehtiyatı vardır" -deyə ARDNŞ-də bildirilib.

2005-ci ilin dekabrın sonunda ARDNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil yanacağının tədarükünə dair müqavilə imzalayıb. Petrofarm üçün neft məhsulu FOB şərtilə Azneftyağ (ARDNŞ-in tərkibinə daxildir) NEZ-in balansında olan 20 saylı körpüdən yüklənəcək. Petrofarm neft məhsulunu XDGİ-nin tankerləri ilə İranın Neka limanınadək daşıyacaq.

Həmçinin ARDNŞ-in Gürcüstanın "Saknaftobtransi" dövlət şirkəti ilə 2006-cı ildə avtomobil yanacağının tədarükünə dair müqaviləsi vardır. Mart ayından bu şirkətə ayda 20 min ton olmaqla yanacaq tədarük ediləcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti