...

Yunanıstan energetika sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Energetika Materials 17 Yanvar 2006 17:09 (UTC +04:00)

Yunanıstan energetika sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Trend in məlumatına görə, Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə bu ölkənin Bakıdakı səfirliyində görüşü zamanı bəyan etdi.

Tanışlıq xarakteri daşıyan görüşün gedişində səfir həmçinin, Yunanıstan rəhbərliyinin Azərbaycanla neft sektorunda əməkdaşlığı davam etdirmək barədə niyyətini diqqətə çatdırıb. Tərəflər "Şahdəniz" layihəsi üzrə iki ölkənin əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Səfirlikdən verilən məlumata görə, yunan səfiri gələcək əməkdaşlığın detallarını Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə müzakirə etməyi plandaşdırır.

Xəbər lenti

Xəbər lenti