...

"Şərqi Azəri" üçün dayaq blokunun inşası barjada başa çatdırılacaq

Energetika Materials 18 Yanvar 2006 15:43 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" yatağının işlənib-hazırlanması layihəsi çərçivəsində dayaq bloklarının inşası üzrə BP-nin podratçısı Bos Shelf şirkəti şərqi "Azəri" üçün STB-1 nəqledici barjada dayaq blokunun inşası ilə bağlı işləri davam etdirir. Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda Trend ə bildirilib ki, dayaq bloku ötən ilin dekabrın sonunda barjaya yüklənib ki, "Günəşli" yatağının dərin sulu hissəsində platformanın dayaq blokunun hazırlanması üçün yeri azad etsin. Azərbaycanın krançı gəmisinin (DBA) əsas blokunun müasirləşdirilməsi başa çatdıqdan sonra dayaq bloku 2006-cı ilin ikinci rübündə quraşdırılma üçün dənizə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti