...

Gəncədə quş qripi xəstəliyinin qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirə keçirilib

Energetika Materials 18 Yanvar 2006 17:11 (UTC +04:00)

Gəncə şəhər icra hakimiyyətində şəhər rəhbərliyinin iştirakı quş qripi xəstəliyinin qarşısını almaq üçün profilaktiki və əks-epidemik tədbirlərin görülməsinin müzakirəsi həsr olunan müşavirə keçirilib.

Qeyd edək ki, məsələ ilə bağlı şəhər üzrə 16 nəfərdən ibarət komissiya təşkil olunub. Komisiyaya rəhbərliyi başcının müavini Akif Ələkbərov edəcək.

Müşavirədə çıxış edən isra başçısı Eldar Əzizov şəhərin bazarlarında reydlərin aparılmasının vaçibliyi vurğulayıb. O, aidiyyatlı orqanlara toyuq satışı ilə məşqul olan mağazalarda isə ciddi tədbirlərin gücləndirilməsini, dezinfeksiya işləri aparılmasını tapşırıb. İcra başçısının sözlərinə görə, kafe və restoranlarda toyuq ətinin satişına yol verməmək üçün nəzarət olunmalı, evlərdə saxlanılan ev quşları isə Baytarlıq İdarəsi tərəfindən peyvənt olunaraq qapalı şəkildə saxlanılmalıdır.

Xəbər lenti

Xəbər lenti