...

"Azərenerji" Baku Steel Company-yə metal tullantılarını ucuz qiymətə satmaq niyyətində deyil

Energetika Materials 19 Yanvar 2006 14:16 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti Baku Steel Company-yə metal tullantılarını ucuz qiymətə satmaq niyyətində deyil. Trend in xəbər verdiyi kimi, bu barədə Azərenerji-dən məlumat verilib. "Azərenerji" şirkətlə əməkdaşlığı xammalı hər iki tərəf üçün sərfəli qiymətə alması şərtilə davam etdirməyi planlaşdırır.

"Azərenerji"nin məlumatında bildirildiyi kimi, bu bəyanat polad tökmə zavodunun fəaliyyətinin AR DNŞ, "Azərsu", "Azərenerji" və digər iri tədarükçülərin metal tullantıları verməkdən əsassız imtina etməsilə əlaqədar dayandırılması haqqında bəyanata cavab olaraq verilib.

İqtisadi İnkişaf naziri Heydər Babayevin bəyan etdiyi kimi, şirkətin məhsul istehsalı üçün aldığı xammalın dəyəri ilə bağlı məsələlər vardır və bu məsələlərə yaxın vaxtlarda baxılacaq.

Xəbər lenti

Xəbər lenti