...

ExxonMobil və Dövlət Neft Şirkəti iki neft-qaz layihəsi çərçivəsində kompensasiyaların ödənməsi üzrə razılaşma imzalayıblar

Energetika Materials 19 Yanvar 2006 14:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və ExxonMobil bu Amerika şirkətinin operatoru olduğu "Naxçıvan" və "Zəfər-Məşəl" perspektiv strukturlarında ikinci kəşfiyyat quyularının qazılmasından imtina etməsilə bağlı kompensasiyanın ödənilməsi barədə razılığa gəliblər və razılaşma imzalayıblar. Bu barədə Trend ə ARDNŞ-in nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, "Zəfər-Məşəl" strukturunda ikinci kəşfiyyat quyusunun qalmasından imtinaya görə, ARDNŞ-ə $32 mln, "Naxçıvan"dakı analoji işlərdən imtinaya görə isə $18 mln ödəniləcək.

ExxonMobil-in Bakıdakı nümayəndəliyindən Trend ə Dövlət Neft Şirkətinə kompensasiya ödənilməsi barədə razılaşmanın imzalandığını təsdiqləyiblər.

ExxonMobil "Zəfər-Məşəl" strukturunda ilk quyunun qazılmasını 2004-cü ildə başa çatdırıb. Qazma nəticəsində karbohidrogenlərin kommersiya ehtiyatları aşkar edilməyib. "Zəfər-Məşəl" strukturunda ilk kəşfiyyat quyusunda qazma işləri 11 aya yaxın davam edib və bu zaman $110 mln-dan artıq vəsait xərclənib.

"Naxçıvan" strukturunda 2001-ci il avqustun 22-dən başlanan "İstiqlal" qurğusu vasitəsilə aparılan qazma işləri 2002-ci ilin fevralında dayandırılıb. Quyunun ilkin layihə dərinliyi 6444 metr, sonuncu isə 6746 metr olub. ExxonMobil qazma işləri nəticəsində burada da karbohidrogenlərin kommersiya ehtiyatlarını aşkar edə bilməyib.

Xəbər lenti

Xəbər lenti