...

Azərbaycan ən iri neft ehtiyatlarına görə dünyada 20 ölkənin sırasına daxildir

Energetika Materials 19 Yanvar 2006 18:44 (UTC +04:00)

Azərbaycan ən iri neft ehtiyatlarına görə dünyadakı 20 ölkədən biridir. Trend in məlumatına görə, İtaliyanın ENI konserninin hazırladığı statistik bülletendə bildirilir ki, bu siyahıda Azərbaycan 7 milyard barellik neft ehtiyatı ilə 18-ci yeri tutur.

Sənəddə göstərilir ki, Azərbaycan Omandan (5,506 mlrd barel) və Anqoladan (5,412 mlrd barel) geri qalır. ENI-nin məlumatlarına görə, Azərbaycanda neft ehtiyatlarının qiymətləndirilməsi 1993-cü ildən demək olar ki, 6 dəfə artıb. O zaman neft ehtiyatları 1,2 mlrd barel təşkil edirdi. ENI -nin siyahısına başçılıq edən ölkə 262 mlrd barel neft ehtiyatı ilə Səudiyyə Ərəbistanıdır.

ENI-nin məlumatlarına görə, Azərbaycan neft ehtiyatlarına görə Orta Asiyada ehtiyatları 9 mlrd barel dəyərləndirilən Qazaxıstandan sonra ikinci yeri tutur. Özbəkistanın, Türkmənistanın və Qırğızıstanın ehtiyatları müvafiq olaraq 0,594 mlrd barel, 0,546 mlrd barel və 0,40 mlrd barel təşkil edir.

Xəbər lenti

Xəbər lenti