...

Azərbaycan neftə tələbatı 44% azaldıb

Energetika Materials 19 Yanvar 2006 18:58 (UTC +04:00)

11 il ərzində - 1993-cü ildən 2004-cü ilədək Azərbaycan neftə tələbatı gündəlik 97 min barelədək 44% azaldıb. Trend bildirir ki, bu barədə İtaliyanın ENI konserninin hazırladığı statistik bülletendə deyilir. 1993-cü ildə Azərbaycanda neftə tələbat bu dövr ərzində daha yüksək idi və gündəlik 172 min bar. təşkil edirdi. 1993-2004-cü illər ərzində neftə ən aşağı tələbat 2002-ci ildə olub və gündəlik 76 min bar. təşkil edib.

ENI-nin məlumatına görə, Gürcüstanda 2004-cü ildə neftə tələbat 1993-cü ildə olan gündəlik 57 min bareldən 13 min barelədək azalıb. Bu dövr ərzində həmin ölkədə neftə ən aşağı tələbat 2001-ci ildən 2003-cü ilədək (gündəlik 12 min bar.) müşahidə olunub.

ENI qeyd edir ki, Türkmənistan bu dövrdə neftə tələbatı gündəlik 66 min barelədək 11,8% artırıb. Bu dövr ərzində Türkmənistanda neftə daha çox tələbat 2002-ci ildə (gündəlik 68 min bar. neft), daha az tələbat isə 1995-ci ildə (gündəlik 53 min bar.) müşahidə edilib.

Xəbər lenti

Xəbər lenti