...

Azərbaycan Neft-qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının konqresində iştirak edir

Energetika Materials 21 Yanvar 2006 12:33 (UTC +04:00)

Azərbaycan Neft-qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının konqresində iştirak edir. Tədbirdə Azərbaycan tərəfdən neft və qaz sənayesi işçilərinin həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Komitədən Trend ə verilən məlumata görə, tədbir yanvarın 21-dən 22-dək Moskvada keçiriləcək.

Konqresdə C.Əliyevin son illər ərzində Komitə tərəfindən görülən işlərə dair məruzə ilə çıxış edəcəyi gözlənidir.

Tədbir çərçivəsində komitələr arasında əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi, o cümlədən birgə işlərin və s. həyata keçirilməsi planlaşdırılır.

"Tədbir çərçivəsində Azərbaycan Neft-qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi və Rusiya Neft-qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi arasında mart ayında imzalanması planlaşdırılan niyyət protokolu ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulub", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti