...

Bos Shelf Agip KCO-nun sifarişi ilə bir sıra işlər həyata keçirəcək

Energetika Materials 21 Yanvar 2006 13:42 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" yatağının işlənib-hazırlanması layihəsi çərçivəsində dayaq bloklarının inşası üzrə BP-nin podratçısı Bos Shelf (Star Gulf və Azərbaycan Dövlət Neft şirkəti) subpodratçı kimi Qazaxıstan üçün işlər həyata keçirəcək. "Agip KCO-nun sifarişi ilə Qazaxıstan yataqlarının işlənib-hazırlanması üçün şirkətin "Heydər Əliyev adına" dərin özüllər zavodunda yerləşən tikinti sahəsində xırda dayaq blokları qurulacaq.

Bos Shelf zavodun ərazisində stapellərdən birinin dayaq blokundan ayrılması prosesini başa çatdırıb. Bu tikinti sahəsində Qazaxıstan üçün işlər görüləcək. Qazaxıstan tərəfi artıq zavodun imkanları ilə maraqlanıb. Bunun üçün qazaxıstanlı mütəxəssislər Azərbaycana gəlib və zavodun işi ilə maraqlanıblar.

Xəbər lenti

Xəbər lenti