...

Gələn ay "Qərbi Abşeron" strukturunun cənub hissəsində iki quyunun qazıloamsı başa çatacaq

Energetika Materials 23 Yanvar 2006 13:25 (UTC +04:00)

Gələn ay Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyi "Qərbi Abşeron" strukturunun cənub hissəsində bir qiymətləndirmə və bir qabaqlama quyusunda qazma işlərini başa çatdıracaq. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Qiymətləndirmə quyusunun qazıntısını "Abşeron" qurğusu həyata keçirir. Quyunun layihə dərinliyi 750 metr təşkil edir. Qazmanın faktiki dərinliyi 630 metr təşkil edir. Qiymətləndirmə qurğusunda qazma işlərini "Xəzər" qazma qurğusu həyata keçirir. Bu quyunun layihə dərinliyi 780 metr təşkil edir. Quyunun faktiki dərinliyi 670 metr təşkil edir.

ARDNŞ-də belə hesab edirlər ki, kəşf edilən yataq işlənmə üçüq səmərəlidir. Bu, onun sahildən o qədər də uzaqda olmaması, eləcə də neftin nəqli üzrə mövcud kommunikasiya ilə izah edilir.

İlin sonuna kimi ARDNŞ "Qərbi Abşeron" yatağının cənub hissəsində hasilat platforması quraşdırmaq niyyətindədir. O, sahilyanı zonada, sahildən 40-50 metr məsafədə tikiləcək. Mütəxəssislərin fikrincə, yataqda 1,5 milyon tona yaxın şərti ehtiyatlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti