...

AR DHŞ "Günəşli-13" platformasından quyunun qazmasını başa çatdırır

Energetika Materials 23 Yanvar 2006 15:55 (UTC +04:00)

AR DHŞ-in neft və qaz istehsalı üzrə "Azneft" İB "Günəşli-13" platformasından qaz quyusunun qazmasını başa çatdırır. Bu quyunun layihə dərinliyi təxminən 3000 metr təşkil edir. Quyuların debiti qazma başa çatdıqdan sonra müəyyən ediləcək. Bu barədə Trend ə AR DHŞ-də bildirilib.

Bundan öncə AR DHŞ həmin platformadan neft quyusunun qazmasını dayandırmışdı. Bu quyunun qazması AR DHŞ-in ilk dəfə "Günəşli" yatağının azsulu hissəsində aparmağa niyyətli olduğu üçölçülü seysmik məlumatların interpretasiyası alınanadək dayandırılmışdı. Sonradan qazma davam etdiriləcək. Yeni platformadan cəmi 10 quyunun qazması planlaşdırılır. Bunlardan 2 quyu neft istismar, 8 isə qaz quyusudur. Platformanın inşası 2004-cü ildə AR DHŞ-in "Xəzərdənizneftqaztikinti" tresti tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti