...

Dövlət Neft Şirkəti Batumidən neft partiyasının satışı üzrə tender elan edib

Energetika Materials 24 Yanvar 2006 14:47 (UTC +04:00)

Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Qara dənizdəki Batumi limanından gəlirli neftin tanker partiyasının satışı üzrə tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tender "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan Azeri Light növündən olan 80 min ton neftin (600 min barel) satışı ilə bağlı elan edilib.

"Biz neftin Batumidən fevralın 21-22-də yüklənəcəyini gözləyirik", - deyə ARDNŞ-dən bildirilib. Tenderin yanvarın 26-da bağlanacağı nəzərdə tutulub.

Batumi neft terminalı ildə 15 mln ton neft məhsulları qəbul edir. Terminal 4 körpüdə Aframax sinfindən olan gəmilər də daxil olmaqla tutumu 30-90 min ton olan tankerlərə xidmət edir. Hazırda terminalın ehtiyat parkının
gücü təxminən 530 min tondur.

Xəbər lenti

Xəbər lenti