...

AR DNŞ Batumidən neft partiyasının satışı üzrə tenderi bağlı edan edib

Energetika Materials 26 Yanvar 2006 12:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Qara dənizdəki Batumi limanından mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Vitol SA treyderidir.

Vitol SA fevralın 21-22-də "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 80 min ton (600 min barel) Azəri Light növlü neft yükləyəcək.

Batumi neft terminalı ildə 15 mln tonadək neft məhsulları daşıyır. Terminal 4 körpüdə Aframax sinfindən olan gəmilər də daxil olmaqla tutumu 30-90 min ton olan tankerlərə xidmət edir. Hazırda terminalın ehtiyat parkının
gücü təxminən 530 min tondur.

Xəbər lenti

Xəbər lenti