...

Heydər Əliyev adına NEZ tender elan edib

Energetika Materials 26 Yanvar 2006 17:05 (UTC +04:00)

AR DNŞ Heydər Əliyev adına Bakı neft emalı zavodu (NEZ) (keçmiş "Azərneftyanacaq") kimyəvi reagentlərin alınması üçün tender elan edib. Trend bildirir ki, NEZ 2500 ton kaustik soda və 1500 ton oksi sulfat almaq niyyətindədir. Qalib olan şirkət 2006-cı il ərzində zavodun təminatını həyata keçirməlidir

Tenderdə iştirak etmək istəyənlər 2006-cı il martın 1-dən gec olmayaraq ərizələrin verməlidir. Tender təkliflərinin qəbulu bu ilin martın 9-dək həyata keçiriləcək. Tender təklifləri bu ilin martın 10-da açılacaq.

Tenderin yekunları aparılarkən üstünlük yüksək keyfiyyət, aşağı qiymət, əlverişli çatdırılma müddəti təklif edən iş təcrübəsi olan və daha yaxşı ödəmə şərtləri təqdim edən şirkətlərə veriləcək.

Xəbər lenti

Xəbər lenti