...

Azərbaycandan Gürcüstana qazın hazırkı maksimum nəqli imkanı 3 mln. kub. metr təşkil edir

Energetika Materials 26 Yanvar 2006 17:40 (UTC +04:00)

Dünən Rusiyanın "Qazprom" şirkəti Azərbaycana qaz tədarükünü azaldıb, bunun nəticəsində Azərbaycan tərəfi Gürcüstana təbii qazın tədarükünü azaldıb. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

Qış mövsümündə Azərbaycanın idxal qazına xüsusi tələbatı gündəlik 14,4 mln. kub. metr təşkil edir. Dünən Rusiya şirkəti respublikaya təxminən 15,1 mln. kub. metr qaz tədarük edib. Bunun nəticəsində Azərbaycan Gürcüstan tərəfi üçün kifayət qədər qaz həcmi tədarük edə bilməyib. Gürcüstana qaz tədarükünün həyata keçirilməsi üçün Rusiya Azərbaycana gündəlik 18 mln. kub. metr qaz tədarük edib.

Hazırda Gürcüstan tərəfi Azərbaycan ilə qaz tədarükü həcminin gündəlik 2,5 mln. kub. metrdən 5 mln. kub. metrədək artırılması barədə razılıq əldə etmək niyyətindədir. Amma AR DNŞ-də qeyd olunub ki, Azərbaycan belə həcmlərin verilməsi üçün texniki imkanlara malik deyil. Gürcüstanla Azərbaycanı birləşdirən boru kəməri ilə maksimal qaz tədarükü imkanı gündəlik 3 mln. kub metr təşkil edir. Azərbaycan Gürcüstana 1000 m3 qazı $110 qiymətinə satır.

Xəbər lenti

Xəbər lenti