...

Azərbaycan Gürcüstana elektrik enerjisi tədarükünü artırıb

Energetika Materials 26 Yanvar 2006 19:11 (UTC +04:00)

Bu gündən başlayaraq "Azərenerji" SC Gürcüstana verilən elektrik enerjisinin həcmini artırıb. SC-nin baş mühəndisi Saleh Məmmədov Trend ə bildirib ki, Azərbaycan ötən günlər ərzində Gürcüstana elektrik enerjisini saatda 50-60 MVt gücündə verirdi.

Bu gündən etibarən elektrik enerjisi saat 9.00-dan 18.00-dək 60-70 MVt. gücündə, saat 24.00-dan isə 100-120 MVt. gücündə veriləcək. Qalan vaxtlarda elektrik enerjisi 15 MVt. gücündə veriləcək. Gürcüstana elektrik enerjisi Tbilisi DRES-də enerji bloku və EÖX bərpa edilənədək veriləcək.

S.Məmmədov qeyd edib ki, borc bu ilin fevralında elektrik enerjisinin qaytarılması hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti